Medianews.az
Meksika matçında milyonları narahat edən səsin sirri açıldı -
176 baxış

Meksika matçında milyonları narahat edən səsin sirri açıldı - VİDEO

2026-cı il FIFA Dünya Kubokunun açılış oyununda Meksikanın Cənubi Afrikanı 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada tribunlardan gələn qeyri-adi səs diqqət mərkəzinə düşüb.

Medianews.az xəbər verir ki, matç boyu televiziya yayımında eşidilən və bir çox azarkeşin narazılığına səbəb olan səsin mənbəyi əvvəl texniki problem hesab edilib. Daha sonra bunun Meksika azarkeş mədəniyyətinin ayrılmaz hissəsi olan "Matraka" aləti olduğu məlum olub.

Sosial şəbəkələrdə çoxsaylı istifadəçilər səsin mənbəyini müzakirə edib və onun yayım keyfiyyətindən qaynaqlandığını düşünüblər.

Əsasən ağacdan hazırlanan və əllə fırladılaraq istifadə edilən matraka ritm yaratmaq üçün nəzərdə tutulub. Fırladıldıqda isə yüksək və taqqıltılı səs çıxarır.

Matrakanın yaratdığı səs bir çox futbolsevərə 2010-cu ildə Cənubi Afrikada keçirilən Dünya Kubokunun simvollarından birinə çevrilmiş vuvuzelanı xatırladıb. Bəzi azarkeşlər 2026-cı il mundialında vuvuzela effektinin bu dəfə matraka ilə təkrarlana biləcəyini bildiriblər.

Medianews.az

 

Bizə qoşulun