Paraqvay senatoru Selesta Amarilya Fransanın ulduz futbolçusu Kilian Mbappeni "X" sosial şəbəkəsində yenidən kəskin tənqid edib.
Medianews.az xəbər verir ki, senator Mbappeni təkəbbürlü olmaqda, Paraqvay xalqını və millisini aşağılamaqda, həmçinin matç zamanı Latın Amerikasına qarşı ağır söyüş söyməkdə ittiham edib.
Amarilya futbolçunun ona qarşı çıxışlarında təhqirə yol verdiyini bildirərək rəsmi üzrxahlıq tələb edib: "Sözlərini geri götür və üzr istə. Əks halda, məhkəmə prosesinə başlayacam".
Qeyd edək ki, Qalmaqal DÇ-2026-nın 1/8 finalında Mbappenin Paraqvay qapıçısının əlini sıxmamasından sonra başlayıb.
Selesta Amarilya buna görə Kilian Mbappeni “kobud”, “yazmağı belə öyrənə bilməyən”, “kokosla böyüyən”, “şimpanzelərlə müqayisə ediləcək qədər savadsız”, “fransız kimi davranan kamerunlu”, “kinli və çirkin” adlandırıb.
Mbappe isə cavabında senatorun “irqçi və məsuliyyətsiz” olduğunu bəyan edib. “Siz alçaldıcı ifadələr işlədən və tutduğu vəzifəyə yaraşmayan bir qadınsınız. Turnirdə şərəflə mübarizə aparan Paraqvayı təmsil etmirsiniz. Sizin məsuliyyətsizliyiniz və həyasız irqçiliyiniz ucbatından bütün dünya futbolçularınızın bu Dünya Kuboku boyunca göstərdiyi əzmi unutdu”, - deyə futbolçu bildirib. Mbappe əlavə edib ki, nifrət və irqçiliyin yayılmasına imkan verilməməlidir.
Medianews.az