Medianews.az
“Sabah” ilk dəfə avrokubokların qrup mərhələsində
133 baxış

“Sabah” ilk dəfə avrokubokların qrup mərhələsində

“Sabah” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Finlandiya təmsilçisi KuPS-u səfərdə 2:0, ümumi hesabda isə 3:0 məğlub edərək ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib.

Medianews.az bildirir ki, Masazır təmsilçisi bu qələbə ilə ən pis halda UEFA Konfrans Liqasının qrup mərhələsində iştirakını təmin edib.

Bununla da “Sabah” avrokubokların qrup mərhələsində oynayacaq Azərbaycanın 4-cü klubu kimi tarixə düşüb.

Xatırladaq ki, buna qədər ölkəmizi yalnız “Neftçi”, “Qarabağ” və “Qəbələ” qrup mərhələsində təmsil edib.

Məlumat üçün bildirək ki, təmsilçimiz üçüncü təsnifat mərhələsində məğlub olarsa, yoluna Konfrans Liqasının qrupunda davam edəcək.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Bizə qoşulun