Medianews.az
May ayı üzrə 63 illik yağıntı rekordu qeydə alındı
83 baxış

May ayı üzrə 63 illik yağıntı rekordu qeydə alındı

Bakıda və Abşeron yarımadasında may ayı üzrə çoxillik yağıntı rekordu qeydə alınıb.

Medianews.az xəbər verir ki, Bakı və Abşeron ərazisinə 70–103 mm yağıntı düşüb. Bu isə aylıq normanın 355–523 faizi deməkdir.

Məlumata görə, əvvəlki rekord 1963-cü ilin may ayında qeydə alınmışdı. Həmin vaxt Bakıya 106 mm yağıntı düşmüş və bu göstərici aylıq normanı 5,4 dəfə üstələmişdi.

Son günlər müşahidə olunan intensiv leysanlar nəticəsində paytaxtın bir sıra küçələri və prospektlərində su yığılması qeydə alınıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Abşeronun müxtəlif ərazilərində də güclü yağış və külək müşahidə olunmaqdadır.

Sinoptiklər yaxın saatlarda və gün ərzində hava şəraitinin qeyri-sabit keçəcəyini, bəzi yerlərdə yağışların intensiv xarakter ala biləcəyini bildirirlər.

Bizə qoşulun