Argentina millisinin hücumçusu Lautaro Martines komandanın kapitanı Lionel Messinin heyətdəki böyük rolu barədə danışıb.
Medianews.az xəbər verir ki, Martines, ulduz futbolçunun hər kəs üçün nümunə olduğunu vurğulayıb:
"Messi bizə hər gün nəsə öyrədir. Ondan öyrəndiklərim yaddaşımda dərin iz buraxır. Messinin təcrübəsi əvəzsizdir. O, bizim ustadımız, örnəyimiz və liderimizdir. Ona söz vermişəm ki, təkcə özümüz üçün deyil, həm də onun üçün meydanda hər şeyimizi ortaya qoyacağıq. Çünki bu, Messinin karyerasındakı sonuncu dünya çempionatıdır".
Xatırladaq ki, son dünya çempionu Argentina DÇ-2026-nın 1/8 finalında Misiri dramatik oyunda 3:2 hesabı ilə məğlub edib. Onlar 1/4 final mərhələsində İsveçrə yığması ilə qarşılaşacaqlar. Şimali Amerikada (ABŞ, Kanada, Meksika) keçirilən turnir iyulun 19-da başa çatacaq.
Medianews.az