Medianews.az
Kişi özündən yaşlı sevgilisini
363 baxış

Kişi özündən yaşlı sevgilisini ÖLDÜRDÜ – Səbəb isə...

26 yaşlı hindistanlı kişi 52 yaşlı sevgilisini onunla evlənməsini tələb etdikdən sonra öldürüb.

Medianews.az xəbər verir ki, dəhşətli hadisə Uttar Pradeş ştatında baş verib.

Arun Rajput instaqramda tanış olduğu 52 yaşlı Rani adlı Fərruxabadlı qadını öldürüb.

Raninin cəsədi avqustun 11-də Mainpuridə tapılıb. İstintaqın məlumatına görə, Rajput avqustun 10-da görüş zamanı özündən iki dəfə böyük olan sevgilisini yaylıq ilə boğmağa başlayıb. Polisin sözlərinə görə, buna səbəb onun kişiyə olan tələbləri olub.

Onların münasibəti təxminən bir il yarım davam edib. Eyni zamanda Rajput bildirib ki, görüşdən əvvəl qadın əsl yaşını gizlətmək üçün filtrlərdən istifadə edib. Münasibət başlayandan sonra qurban sevgilisinə təxminən 150 min rupi verib.

Dindirilmə zamanı Rajput cinayəti qadının polisə və ya yaxınlarına müraciət edəcəyindən qorxduğu üçün törətdiyini etiraf edib. Raninin dörd uşağı var.  Təqsirləndirilən şəxs tutularaq həbsxanaya aparılıb.

Medianews.az

Bizə qoşulun