İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun mətni əsas bəndlər üzrə tam razılaşdırılıb.
Medianews.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, münaqişəni dayandırmağa yönəlmiş potensial sazişin əsas bölmələri artıq hazırdır. Bəqayi qeyd edib ki, diplomatik prosesi pozmağa yönəlmiş hərbi təcavüzlərə baxmayaraq, tərəflər bu nöqtəyə gələ biliblər.
XİN rəsmisi həmçinin əlavə edib ki, indiyə qədər bu prosesdə yaranan fasilələrə məhz ABŞ-nin ziddiyyətli mövqeyi səbəb olub.
Medianews.az