Medianews.az
İrandan İsrail ilə bağlı
119 baxış

İrandan İsrail ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

İsrailin Livandakı hərbi əməliyyatları davam edərsə, Tehran ABŞ ilə aparılan danışıqları dayandıra və daha sərt addımlar ata bilər”.

Medianews.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf deyib.

O, sosial şəbəkədə yaydığı açıqlamada İsrailin Livana qarşı hücumlarının davam etməsinin danışıqlar prosesinə mənfi təsir göstərdiyini vurğulayıb. O, hücumların dayandırılmaması halında İranın “birbaşa qarşıdurma” variantını da nəzərdən keçirəcəyini bəyan edib.

Məlumata görə, İran rəsmiləri daha əvvəl də Livanda atəşkəsin təmin edilməsini ABŞ ilə danışıqların əsas şərtlərindən biri kimi irəli sürüblər. Son günlər regionda gərginliyin artması fonunda Tehran və Vaşinqton arasında diplomatik proses çətinləşib.

Hazırda tərəflər arasında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün diplomatik səylərin davam etdiyi bildirilir.

Medianews.az

Bizə qoşulun