İran Bəhreyndəki Şeyx İsa hərbi hava bazasına PUA ilə zərbələr endirib.
Bu barədə İran ordusu məlumat yayıb.
“Amerika tərəfindən atəşkəsin kobud və təkrar-təkrar pozulmasının nəticələri ağır olacaq və bölgədəki bütün Amerika hərbi bazaları hərbi pilotsuz uçuş aparatlarının qanuni hədəfləri hesab ediləcək”, - bəyanatda bildirilib.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə İrana qarşı yeni silsilə hava zərbələri endirib və 80-dən çox hədəfi vurub./axar.az