Usta sənətçi İbrahim Tatlısəs oğlu Ahmet Tatlısəs ilə münasibətlərini tamamilə pozub.
Medianews.az xəbər verir ki, o, bu haqqda qatıldığı televiziya proqramında danışıb.
Oğlu ilə bağlı sərt sözlər işlədən İbrahim Tatlısəs "Sənə nifrət edirəm, oğlum!", - deyib.
Sənətçi digər uşaqlarını nümunə göstərərək əlavə edib: "Kaş İdo və Melek kimi 5 övladım olsaydı".
Bu sözlər sosial mediada geniş müzakirələrə səbəb olub.
Ahmet Tatlıses hələlik atası ilə bağlı açıqlama verməyib.
Medianews.az

