Medianews.az
Həkimdən tövsiyə:
138 baxış

Həkimdən tövsiyə: Soyuducuda bunlar mütləq olmalıdır

Diyetoloq Rob Hobson sağlam qalmaq üçün hər evdə saxlanılması vacib olan məhsulların siyahısını açıqlayıb.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə yumurta yüksək protein və vitamin tərkibinə görə ən faydalı qidalardan biridir.

Mütəxəssis həmçinin konservləşdirilmiş balıq, yulaf, mərci və lobya kimi paxlalı məhsulların da gündəlik qidalanmada mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, bu qidalar orqanizmə zülal, faydalı yağlar və lif verir.

Həkim avokado, tofu, çia və kətan toxumu kimi məhsulların da sağlamlıq üçün vacib olduğunu vurğulayıb. Bundan əlavə, yoqurt, yaşıl yarpaqlı tərəvəzlər, toyuq, hinduşka əti və edamame lobyasının mütəmadi istehlakını tövsiyə edib.

Medianews.az

Bizə qoşulun