Medianews.az
Son akkord ərəfəsi -
108 baxış

Son akkord ərəfəsi - DÇ-2026

23-cü dünya futbol çempionatının finalında İspaniya və Argentina milli komandaları üz-üzə gələcək. Yekun matç və üçüncü yer oyunu (Fransa – İngiltərə) iyulun 19-na təyin olunub.

Medianews.az bildirir ki, İspaniya qrup mərhələsində Kabo Verde ilə sülhə razılaşıb (0:0), Səudiyyə Ərəbistanı (4:0) və Uruqvayı (1:0) udub, 1/16 finalda Avstriyanı (3:0), 1/8 finalda Portuqaliyanı (1:0), dörddə bir finalda Belçikanı (2:1), yarımfinalda Fransanı (2:0) ələyib.

Argentina qrup raundunda Əlcəzair (3:0), Avstriya (2:0) və İordaniyanı (3:1), 1/16 finalda Kabo Verdeni (3:2), 1/8 finalda Misiri (3:2), dörddə bir finalda İsveçrəni (3:1), yarımfinalda İngiltərəni (2:1) məğlub edib.

İyunun 11-dən ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatın 102 oyununda 297 qol vurulub.

Lionel Messi (Argentina) və Kilian Mbappe (Fransa) 8, Erlinq Holann (Norveç) 7, Harri Keyn və Cud Bellingem (İngiltərə) 6 qola imza atıb.

2 oyunçu 5 qolun, 3 oyunçu 4 qolun, 16 oyunçu 3 qolun, 30 oyunçu 2 qolun, 118 oyunçu 1 qolun müəllifidir.

Turnirdə 14 avtoqol qeydə alınıb.

Əvvəlki 22 dünya çempionatında Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 dəfə zəfər çalıb.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun