DÇ-2026-nın 1/2 final mərhələsində İngiltərə - Argentina qarşılaşması baş tutub.
Medianews.az xəbər verir ki, Argentina İngiltərəni 2-1 məğlub edərək finala vəsiqə qazanıb.
Matçda hesabı İngiltərə millisinin oyunçusu Entoni Qordon 55-ci dəqiqədə açıb. Lakin oyunun əsas hissəsinin son dəqiqələrinə qədər üstünlüyü əldən verməyən İngiltərə millisi qarşılaşmanın sonlarında təzyiqə tab gətirə bilməyib.
Matçın 86-cı dəqiqəsində Enso Fernandes fərqlənərək hesaba tarazlıq gətirib. Bu qoldan sonra hücumlarını daha da kəskinləşdirən Argentina millisi əsas vaxta əlavə olunmuş dəqiqələrdə qələbə topunu vurub. 90+2-ci dəqiqədə səhnəyə çıxan Lautaro Martines komandasının ikinci qoluna imza ataraq İngiltərəni çempionatdan kənarlaşdırıb.
Bu qələbə ilə Argentina millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Onlar turnirin ən güclüsü olmaq uğrunda finalda İspaniya millisi ilə qarşılaşacaqlar.