Zərdabda yol qəzası olub, xəsarət alanlar var.
Medianews.az APA-ya istinadən xəbər verir ki, Zərdab sakini Samir Hüseynlinin idarə etdiyi “Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca, daha sonra bardürə çırpılıb.
Nəticədə sürücü və sərnişinləri - 2003-cü il təvəllüdlü Aydın Əhmədov, 2004-cü il təvəllüdlü Amil Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.