Məşhur müğənni Haluk Levent rəhbəri olduğu “Ahbap” dərnəyi ilə bağlı istintaq çərçivəsində həbs olunub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Leventlə birlikdə saxlanılan vəkil Ece Günər də daxil olmaqla, 14 nəfər barəsində məhkəmə həbs qərarı çıxarıb.
Qeyd edək ki, 6 fevral zəlzələlərindən sonra həyata keçirdiyi yardım fəaliyyətləri və topladığı ianələrlə ictimaiyyətin diqqət mərkəzinə düşən “Ahbap” dərnəyinin qurucusu Haluk Levent haqqında ianələrin istifadəsi, bəzi pul köçürmələri və dərnəklə əlaqəli maliyyə əməliyyatları ilə bağlı müxtəlif iddialar irəli sürülüb.
O, "dərnəklər qanununu pozmaq" və "çirkli pulların yuyulması"nda ittiham olunur.