İyulun 16-da “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 86,83 dollara yüksəlib.
Medianews.az bildirir ki, Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58, iyula 75,34 dollarla başlayıb.
Neft bazarı fevralın 28-dən İran ətrafında artıb-azalan gərginlik üzündən çalxalanır.
Rəsmi hesabata görə, 2026-cı ilin ilk yarısında Azərbaycan 6,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac edib. Əsas alıcılar belə sıralanıb: İtaliya, Çexiya, Bolqarıstan, Rumıniya, Hindistan, Portuqaliya, Almaniya, Tunis, Yunanıstan, Xorvatiya.