Medianews.az
Kanadada meşə yanğınları:
69 baxış

Kanadada meşə yanğınları: ABŞ üçün HƏYƏCAN TƏHLÜKƏSİ

ABŞ-nin Nyu-York şəhərində Kanada və Böyük Göllər ərazisində baş verən meşə yanğınlarının tüstüsü səmanı örtdüyü üçün hava çirklənməsi barədə xəbərdarlıq edilib.

Bu barədə məlumatı "New York Post" (NYP) nəşri paylaşıb.

Bildirilir ki, iyulun 15-i günorta vaxtı havanın çirklənmə dərəcəsi qeyri-sağlam səviyyəyə yüksəlib və bu, əvvəllər proqnozlaşdırılan göstəriciləri üstələyib.

Məlumata görə, çərşənbə günü havanın keyfiyyət indeksi (AQI) 151-200 aralığında olub. Nyu-York rəhbərliyi şəhər əhalisinə bacardıqca qapalı yerlərdə qalmağı və çöldə vaxt keçirməyi azaltmağı məsləhət görüb./oxu.az

Bizə qoşulun