Bu ilin may ayında Gürcüstanın istehlak bazarında qiymətlər ötən ilin may ayı ilə müqayisədə 5,7 faiz artıb.
Medianews.az xəbər verir ki, rəsmi statistikada spirtli içkilərin və tütün məmulatlarının 7,2 faiz, kommunal xidmətlərin 7 faiz, ərzaq və spirtsiz içkilərin 5,2 faiz, geyim və ayaqqabıların 3 faiz bahalaşdığı göstərilir.
Nəqliyyat da ötən ilin may ayı ilə müqayisədə bahalaşıb: 15,1 faiz.
Bir il ərzində ictimai iaşə və mehmanxana xidmətlərində qiymətlər 7,6 faiz, səhiyyə xidmətlərində 5,1 faiz, təhsil sahəsində 2,4 faiz artıb.