Məşhur müğənni Gülşənin Qurban Bayramı münasibətilə verdiyi səhnə konsertində seçdiyi geyim sosial mediada geniş müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, sənətçinin xüsusilə qeyri-adi dizayna malik şalvarı qısa zamanda sosial şəbəkələrdə trend mövzusuna çevrilib.
Gülşənin səhnə üçün seçdiyi geniş arxa dizaynlı şalvar sosial media istifadəçilərinin diqqətindən yayınmayıb. Bir çox istifadəçi geyimi tənqid edərək onun estetik baxımdan uğurlu olmadığını bildirib. Sosial şəbəkələrdə “Qutudan geyim düzəltdi”, “Heç də estetik deyil”, “Bunlar necə şalvardır?” kimi çoxsaylı şərhlər paylaşılıb.
Bununla yanaşı, bəzi istifadəçilər isə müğənninin cəsarətli və fərqli səhnə stilinə öyrəşdiklərini və onun yenə diqqət çəkməyi bacardığını qeyd ediblər.
Qeyd edək ki, 2016-cı ildən aranjimançı Ozan Çolakoğlu ilə evli olan və Azur Benan adlı bir oğlu olan Gülşən şəxsi həyatını mediadan uzaq saxlamağa çalışsa da, səhnə geyimləri və cəsarətli stil seçimləri ilə tez-tez gündəmə gəlir.
Müğənninin Qurban Bayramı çıxışı zamanı seçdiyi bu geyim də qısa müddətdə sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Medianews.az