Medianews.az
Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi
81 baxış

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilidi

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbir keçirilib.

Medianews.az Unikal.az-a isitnadən xəbər verir ki, keçirilən tədbir nəticəsində Füzuli rayonunun işğaldan azad edilmiş Əbdürrəhmanlı kəndi ərazisində yerləşən 3 hektar sahədən 7847 ədəd, ümumi çəkisi 3 ton 840 kiloqram olan yabanı halda bitmiş çətənə kolu aşkar edilib.

Aşkarlanan narkotik tərkibli bitkilər kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.

Bizə qoşulun