Medianews.az
Futbol sevinci can aldı:
85 baxış

Futbol sevinci can aldı: Meksikanın pley-off zəfərində FACİƏ

Meksika millisinin DÇ-2026-nın 1/16 finalında Ekvador üzərində qazandığı qələbədən sonra paytaxt Mexikoda keçirilən kütləvi şənliklər zamanı iki nəfər dünyasını dəyişib.

Medianews.az xəbər verir ki, Mexiko Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, izdiham zamanı yaranan sıxlıq nəticəsində 44 yaşlı kişi və 19 yaşlı gənc qız boğularaq can verib. Hadisə yerinə gələn həkimlərin reanimasiya tədbirlərinə baxmayaraq, hər iki şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Meksika yığması Ekvadoru 2:0 hesabı ilə məğlub edərək 1986-cı ildən bəri ilk dəfə Dünya Çempionatında pley-offun ilk mərhələsini adlayıb. Turnirin ev sahiblərindən olan Meksika 1/8 finalda İngiltərə – DR Konqo cütünün qalibi ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun