Medianews.az
Ermənistanda inflyasiya -
122 baxış

Ermənistanda inflyasiya - RƏQƏMLƏR

Bu ilin may ayında Ermənistanın istehlak bazarında ötən ilin eyni ayı ilə müqayisədə 4,2 faiz bahalaşma qeydə alınıb.

Medianews.az bildirir ki, məlumatı Ermənistanın Statistika Komitəsi yayıb.

Məlumata görə, bir il ərzində qiymətlər spirtli içkilər və tütün məmulatlarında 7,7 faiz, ərzaq və spirtsiz içkilərdə 6,4 faiz, geyim və ayaqqabılarda 1,8 faiz, kommunal xidmətlərdə 1,1 faiz artıb.

Rəsmi hesabata əsasən, ölkədə son bir ildə təhsil sahəsi 8,3 faiz, ictimai iaşə və mehmanxana xidmətləri 3,8 faiz, səhiyyə xidmətləri 3,7 faiz, nəqliyyat 3,2 faiz, istirahət və mədəniyyət xidmətləri 1,6 faiz, rabitə 1,2 faiz, məişət əşyaları 0,4 faiz bahalaşıb.

Medianews.az

Bizə qoşulun