Medianews.az
Arvadını artıq çəkisinə görə
109 baxış

Arvadını artıq çəkisinə görə ÖLDÜRDÜ - FOTO

Hindistanın Xanaşi kəndində kişi həyat yoldaşını artıq çəkisinə görə mütəmadi olaraq təhqir edib və sonda onu qətlə yetirib.

Medianews.az xəbər verir ki, 2024-cü ildə evlənən cütlüyün ilk dövrlərində problem olmasa da, sonradan münasibətlər kəskin şəkildə pisləşib.

Qatil və onun ailəsi gənc qadından əlavə cehiz tələb etməyə başlayıblar. Bununla da kifayətlənməyən ər, xanımını kilolu olduğu və uşaq dünyaya gətirə bilməməsi üçün mütəmadi olaraq alçaldıb.

İstintaqın versiyasına görə, növbəti mübahisə zamanı kişi qadına hücum edərək onu boğub. Qurbanın qohumları onunla əlaqə saxlaya bilmədikdən sonra polisə müraciət ediblər. Hadisəni törədən şəxs artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun