Medianews.az
Dünyanın ən bahalı
229 baxış

Dünyanın ən bahalı mərkəz müdafiəçisi oldu

İspaniya millisinin və "Barselona"nın 19 yaşlı müdafiəçisi Pau Kubarsi DÇ-2026-dakı uğurlu çıxışından sonra dünyanın ən bahalı mərkəz müdafiəçisi olub.

Medianews.az xəbər verir ki, onun transfer dəyəri 20 milyon avro artaraq 100 milyon avroya yüksəlib.

Kubarsi bu göstəricidə "Arsenal"ın və Fransa millisinin müdafiəçisi Vilyam Saliba ilə birinci yeri bölüşür.

Kubarsi dünya çempionatında bütün 8 oyunda meydanda olub. İspaniya turnir ərzində cəmi 1 qol buraxıb və finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Medianews.az

Bizə qoşulun