Medianews.az
Dünya çempionatı –
158 baxış

Dünya çempionatı – Ən son statistika

2026-cı ilin dünya futbol çempionatında 104 oyunun 96-sı geridə qalıb.

Medianews.az bildirir ki, 8 matçda sükut pozulmayıb – 0:0.

12 görüş 1:1 hesabı, 3 görüş 2:2 hesabı, 1 görüş 3:3 hesabı ilə yekunlaşıb.

14 oyunda 1:0 hesabı, 11 oyunda 2:1 hesabı, 9 oyunda 2:0 hesabı, 8 oyunda 3:0 hesabı, 8 oyunda 3:1 hesabı, 6 oyunda 3:2 hesabı, 5 oyunda 4:1 hesabı, 3 oyunda 5:1 hesabı, 2 oyunda 5:0 hesabı, 2 oyunda 4:0 hesabı, 2 oyunda 4:2 hesabı, 1 oyunda 7:1 hesabı, 1 oyunda 6:0 hesabı rəsmiləşib.

İyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən çempionatda vurulan 280 qolun 14-ü avtoqoldur.

Lionel Messi (Argentina) 8, Kilian Mbappe (Fransa) və Erlinq Holann (Norveç) 7, Harri Keyn (İngiltərə) 6 qola imza atıb.

6 oyunçu 4 qolun, 14 oyunçu 3 qolun, 27 oyunçu 2 qolun, 118 oyunçu 1 qolun müəllifidir.

Turnir dörddə bir final mərhələsindədir (9-12 iyul):

Fransa – Mərakeş

Norveç – İngiltərə

İspaniya – Belçika

Argentina – İsveçrə.

Yarımfinal matçları 14-15 iyula, üçüncü yer oyunu və final 19 iyula təyin olunub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun