Azərbaycan Mərkəzi Bankı iyunun 8-dək ABŞ dollarının məzənnəsini 1,7 manat müəyyən edib.
Medianews.az bildirir ki, bununla sabitliyin 8 il üç ayı tamam olur.
2015-ci ilin devalvasiyalarında dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.
2026-cı ilin geridə qalan dövründə avro 1,9859 manatdan 1,9747 manata, 100 Türkiyə lirəsi 3 manat 95 qəpikdən 3 manat 69 qəpiyə enib, Gürcüstan larisi 0,6305 manatdan 0,6388 manata, 100 Rusiya rublu 2,1157 manatdan 2,3176 manata qalxıb.