Medianews.az
Castin Biber DÇ-2026-nın finalında çıxış edə bilər
137 baxış

Castin Biber DÇ-2026-nın finalında çıxış edə bilər

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) final matçının fasiləsi zamanı səhnəyə çıxması üçün Kanadadan olan pop-ulduz Castin Biberi dəvət etməyi planlaşdırır.

Müvafiq məlumatı mənbələrinə əsaslanaraq TMZ nəşri yayımlayıb.

Məlumata görə, kanadalı ifaçı səhnədə Cənubi Koreyanın BTS pop-qrupu, ABŞ təmsilçisi Madonna və kolumbiyalı ulduz Şakira ilə birlikdə yer ala bilər.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı Kanada, Meksika və ABŞ-nin ev sahibliyi ilə keçirilir. İyulun 19-da yekunlaşacaq turnirin final oyunu ABŞ-nin Nyu-Cersi ştatında, İst-Raterford şəhərində yerləşən "MetLife" arenasında təşkil ediləcək./oxu.az

Bizə qoşulun