Mütəxəssislər bəzi tərəvəzlərin soyuducuda saxlanmasının sağlamlıq üçün təhlükəli ola biləcəyini bildirirlər.
Medianews.az xəbər verir ki, “Simply Recipes” nəşri yazır ki, kartof, soğan və reyhan soyuğa uyğun deyil.
Kartof: Soyuqda saxlananda nişasta şəkərə çevrilir, bişirildikdə isə akrilamid adlı potensial kanserogen maddə yaranır. FDA bu barədə rəsmi xəbərdarlıq edib.
Reyhan: Soyuqda efir yağlarını itirir, tez qaralır və solur.
Soğan: Rütubətli mühitdə yumşalaraq tez çürüyür və pis qoxu yayır.
Medianews.az