Braziliya millisinin hücumçusu Rafinya DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.
Medianews.az xəbər verir ki, Braziliya yığmasının tibbi heyəti "Barselona"nın ulduzunu mümkün 1/4 final qarşılaşmasına çatdırmağa çalışır. Son məşqdə ümumi qrupdan ayrı çalışan futbolçu sahədə cəmi 30-40 dəqiqə qaldıqdan sonra hazırlığı erkən başa vurub.
Həkimlər onun Norveçlə oyuna qədər sağalacağına ümid etsələr də, cümə axşamı keçirilən son tibbi müayinə futbolçunun bu görüşü mütləq buraxacağını təsdiqləyib.
Medianews.az