Medianews.az
Braziliya futbolunun əfsanəsi:
81 baxış

Braziliya futbolunun əfsanəsi: "Onlarda olan istedad Ronaldoda yox idi"

Braziliya futbolunun əfsanəsi Romario Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştiano Ronaldonun karyerası barədə danışıb.

Medianews.az xəbər verir ki, braziliyalı Ronaldonun dünya futboluna verdiyi töhfəni yüksək qiymətləndirib:

"Kriştianoya hər şey üçün təşəkkür etmək istəyirəm. Onda Messi, Maradona və ya Neymarın malik olduğu fitri istedad yox idi, lakin o, öz zəhməti ilə əsl fenomenə çevrildi. Ronaldu Dünya Çempionatını qazanmasa belə, Messi, Pele, Ronaldo və Maradona ilə eyni cərgədə yer almağa tam layiqdir".

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya minimal hesabla (0:1) uduzaraq turnirlə vidalaşıb. 41 yaşlı Kriştiano Ronaldo bu dünya çempionatında meydana çıxdığı 5 oyunda 3 qolla yadda qalıb.

Medianews.az

Bizə qoşulun