Medianews.az
Bərdə-Ağdam-Xankəndi yolunda ağır qəza -
94 baxış

Bərdə-Ağdam-Xankəndi yolunda ağır qəza - 5 nəfər...

Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Medianews.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müvafiq şöbələrdə müalicələri davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir", məlumatda deyilir.//milli.az

Bizə qoşulun