Bakıda maşın piyadanı vuraraq öldürüb.
Medianews.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Vasif Aslanovun idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçməyə çalışan Samir Rzayevi vurub.
Piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.