“Aygün xanımın köməkçisi Mehri xanım bizi doğum gününə dəvət edib. Dəvətnamələri yollayanda zəng edib dedi ki, Aygün xanım oğlunuz Uğuru məxsusi olaraq gecədə görmək istəyir. Sağ olsun dəvətinə görə. Uğur neçə vaxtdır deyirdi ki, Aygün xala məni niyə dəvət etmir, niyə görmür? Mən axı onu sevirəm(gülür). Nəhayət, görüşdülər. Uğurun gecədə mahnı oxuması süpriz oldu. Bunu mən təşkil etdim. Uğur mahnını oxuyub bitirən kimi dedi ki, Aygün xanımı axtarırdım, axır ki, tapdım".
Bunu Medianews.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova bildirib.

O daha sonra Aygün Kazımovanın oğlu Uğura xüsusi münasibətindən danışıb: “Bütün sənət dostları Aygün xanımın yanına getdilər, əyləşdilər, təbrik etdilər. Amma Aygün xanımın böyüklüyü onda idi ki, Uğura görə ayağa qalxdı, balaca ulduzun üstünə gəldi. Bu bir daha onun uşaqlara olan diqqətinin və qayğısının bariz nümunəsi idi. Aygün xanımı təbrik edirəm, ona cağ sağlığı arzu edirəm. Bir balasına xoşbəxtlik arzulayıram. Səhnədə uğurları bol olsun. Aygün Kazımovanı hamı sevir. Bu hörməti, sevgini özü qazanıb. Gözəl repertuarı, özünəməxsus geyim tərzi və mahnıları ilə.. Bunlar hamısı şərtdir. Son illərdəki geridönüşü və möhtəşəm repertuarı ümumiyyətlə ona çox yaraşır. Özü də sonda dedi ki, Uğur, mənə uğur gətir”.
Gülyanaq Məmmədova bildirib ki, gələcəkdə oğlunun bu sənətdə olmağını istəyir: “Aygün xanımın “Yenə tək” mahnısı ilə Uğur sənətə ilk qədəmlərini atdı. Elə o mahnı mənim oğluma da, Aygün xanıma da uğur gətirsin. Adam balası ilə sevinir. Uğur da mənim balamdır. O da Aygünün yolunu sevib-seçib. İndi də deyir ki, Röya ilə duet oxuyacam. Gedib orada Röya ilə, Eyyub Yaqubovla şəkil çəkdirib. Eyyub Yaqubovun “Əzizim” mahnısını ifa edib. Eyyuba da deyib ki, səninlə klipə çəkilmək istəyirəm. Uşaqdır da. Hələ ki, həvəslidir. Allah etsin hər zaman səsi qalsın. Çox arzulayıram ki, yetkinlik dövründən sonra da bu səsi Allah ona versin. Hələ ki, uşaqdır. Uşaq kimi oxuyur”.
Əli Əsgər,
Medianews.az