Medianews.az
Azərbaycanda siyasi partiyalar dövlətdən nə qədər pul alıb? –
139 baxış

Azərbaycanda siyasi partiyalar dövlətdən nə qədər pul alıb? – ÖZƏL

Medianews.az saytı siyasi partiyaların 2025-ci ildə dövlətdən nə qədər maliyyə yardımı aldığına nəzər salıb.

Qaydaya görə, dövlət büdcəsində nəzərdə tutulan maliyyə yardımı partiyalar arasında belə paylanır: 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi partiyaların deputatlarının sayına uyğun bölünür; 5 faizi parlamentə təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara düşür; 2,5 faizi namizədləri seçkidə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər, 2,5 faizi qazanılmış səslərin sayına uyğun bölünür.

2024-cü il sentyabrın 1-də seçilmiş 125 nəfərlik parlamentin hazırda 124 üzvü var.

Yeni Azərbaycan Partiyası 67, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1 mandatla təmsil olunur.

Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatlarına əsasən, 2025-ci ildə dövlət Yeni Azərbaycan Partiyasına 3 milyon 4,6 min manat yardım verib.

Vətəndaş Həmrəyliyi Partiyası 379,1 min manat, Ədalət, Hüquq, Demokratiya Partiyası 338,7 min manat yardım alıb.

Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası 304,9 min manat götürüb.

Müsavat Partiyasına 40 min 586 manat, Azad Vətən Partiyasına 7 min manat, Haqq-Ədalət Partiyasına 2 min 90 manat, Ağ Partiyaya 1175 manat, Yeni Zaman Partiyasına 1140 manat, Ədalət Partiyasına 1012 manat, Azərbaycan Xalq Partiyasına 850 manat, Klassik Xalq Cəbhəsi Partiyasına 50 manat yardım düşüb.

Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ümid Partiyası, Gələcək Azərbaycan Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Vəhdət Partiyası dövlət yardımı almayıb.

Medianews.az

Bizə qoşulun