Medianews.az
“Barselona”dan hücum xəttinə
129 baxış

“Barselona”dan hücum xəttinə daha bir transfer

"Barselona" klubu "Borussiya"nın (Dortmund) futbolçusu Kərim Adeyemini transfer etmək üçün rəsmi addım atıb.

Bu barədə  katalon klubuna yaxın jurnalist Jerar Romero məlumat yayıb.

Məlumata görə, hazırda iki klub arasında danışıqlar aktiv şəkildə davam edir. 24 yaşlı almaniyalı vingerin bu yay keçmək istədiyi yeganə klubun məhz "Barselona" olduğu bildirilir.

Kataloniya təmsilçisi rəsmi təklifini artıq Almaniya klubunun rəhbərliyinə təqdim edib və transferi qısa müddətdə tamamlamaq niyyətindədir. İndi bütün diqqətlər Dortmund təmsilçisinin verəcəyi son qərara yönəlib./Offsideplus.az

Bizə qoşulun