Argentina millisinin DÇ-2026-dan kənarlaşdırılması tələbi ilə başladılan petisiyaya 23 316 108 nəfər imza atıb.
Medianews.az xəbər verir ki, bu göstərici Ginnes rekordunu yeniləməyə cəmi 1 milyondan bir qədər çox imza çatmayıb.
Petisiya müəllifləri FİFA-nı və hakimləri Lionel Messi ilə Argentina millisinin xeyrinə qərəzli davranmaqda ittiham ediblər. Müraciətə 170 ölkədən bir həftədən az müddətdə imza toplanıb.
İspaniyanın finalda Argentinanı 1:0 hesabı ilə məğlub etməsindən sonra petisiya bağlanıb.
Medianews.az