Yüksəliş Partiyasının (ləğv edilib) sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Medianews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, A.Əsədli külli miqdarda dələduzluqda təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmə gedişində barəsində həbs qətimkan tədbiri seçilib.//Qafqazinfo