Medianews.az
Ağdamın daha bir kəndində
77 baxış

Ağdamın daha bir kəndində yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Medianews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Qeyd edək ki, daha əvvəl Sarıcalı kəndində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat yayılmışdı.

Bizə qoşulun