Medianews.az
ABŞ və İran arasında sülh razılaşması
97 baxış

ABŞ və İran arasında sülh razılaşması əldə olundu

Şahbaz Şərif: ABŞ və İran razılaşdı, anlaşma iyunun 19-da İsveçrədə imzalanacaq

ABŞ və İran arasında uzun müddətdir davam edən qarşıdurmaya son qoyacaq sülh sazişi üzrə razılıq əldə olunub.

Musavat.com xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif açıqlama verib. Şərifin sözlərinə görə, tərəflər sülh sazişinin mətnini razılaşdırıblar və hazırda sənədin yekun texniki mərhələləri üzərində iş aparılır. O bildirib ki, əldə olunan razılaşma regionda gərginliyin azalmasına və hərbi əməliyyatların dayandırılmasına yönəlib.

Pakistanın baş naziri həmçinin qeyd edib ki, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar daimi olaraq dayandırılıb. Onun sözlərinə görə, ABŞ və İran arasında əldə olunan razılaşmanın rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

Bizə qoşulun