Medianews.az
ABŞ-da həyəcan siqnalı –
64 baxış

ABŞ-da həyəcan siqnalı – nazirlərin olduğu baza dronların hədəfində

ABŞ paytaxtı Vaşinqtonda təhlükəsizlik narahatlıqları artıb.

Medianews.az xəbər verir ki, iddialara görə, son günlərdə Fort McNair hərbi bazası üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə olunub.

Məlumata görə, bu baza ABŞ-ın yüksək səviyyəli rəsmilərinin yerləşdiyi mühüm hərbi obyektlərdən biridir. Bildirilir ki, burada ABŞ Dövlət katibi Marko Rubio və Müdafiə katibi Pit Heqset də yerləşir.

The Washington Post qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı xəbərə görə, son 10 gün ərzində, xüsusilə gecə saatlarında baza üzərində bir neçə dəfə naməlum dronlar qeydə alınıb. Rəsmilər bu aparatların mənşəyini hələ müəyyən edə bilməyib.

Məlumatda qeyd olunur ki, ABŞ ordusu İranla bağlı gərginlik fonunda potensial təhlükələri daha yaxından izləməyə başlayıb.

Hadisədən sonra Vaşinqtonda təhlükəsizlik səviyyəsi artırılıb. Bildirilir ki, məsələ ilə bağlı Ağ Evdə xüsusi iclas keçirilib və yüksək vəzifəli şəxslərin təhlükəsizliyi yenidən qiymətləndirilir. Hətta bəzi hallarda onların başqa yerə köçürülməsi variantı da nəzərdən keçirilir.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell məsələ ilə bağlı açıqlamasında bildirib ki, təhlükəsizlik səbəbilə yüksək vəzifəli şəxslərin hərəkətləri barədə məlumat verə bilməzlər.

Dövlət Departamenti isə iddialarla bağlı hələlik rəsmi mövqe açıqlamayıb.

Medianews.az 

Bizə qoşulun