Medianews.az
9 yaşlı qız timsahın
51 baxış

9 yaşlı qız timsahın qurbanı oldu

Namibiyada doqquz yaşlı qız timsah hücumunun qurbanı olub. 

Medianews.az xəbər verir ki, hadisə şənbə günü, səhər saatlarında Kavango Qərb bölgəsindəki Mazva kəndində baş verib.

Qurban Anna Kakuvi və 8-14 yaşları arasında olan daha üç uşaq çayın yaxınlığında mal-qara otarırdılar. Qız ayaqlarını yumaq üçün suya girib. Həmin an timsah qıza hücum edib və özü ilə aparıb. 

Digər uşaqlar evə qaçaraq valideynlərini çağırıblar. Onlar polisə müraciət ediblər. Qızın cəsədi hücum yerindən uzaqda tapılıb.

Medianews.az  

Bizə qoşulun