ABŞ 48 saat ərzində İrana hərbi zərbə endirmə ehtimalını nəzərdən keçirir. “Nyu-York Tayms” qəzeti belə yazıb.
Nəşrin məlumatına görə, Vaşinqton Tehran üzərində təzyiqi kəskin şəkildə artırıb və nüvə danışıqları iflasa uğradığı təqdirdə önümüzdəki iki gün ərzində hərbi əməliyyatlar başlana bilər.
Qəzet yazır ki, Prezident Donald Trampın çevrəsində müxtəlif ssenarilər müzakirə olunur – nüvə obyektlərinə dəqiq zərbələrdən tutmuş İranın hərbi və dövlət infrastrukturlarına hücumlara qədər.
Artıq bölgəyə ABŞ Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin bölmələri yerləşdirilib.
Mətbuatın yazdığına görə, İran vasitəçilər üzərindən dialoqa hazır olduğunu, eyni zamanda mümkün hücum halında sərt cavab verəcəyi barədə xəbərdarlıq göndərib.
Bu gərginlik fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, İran və Türkiyə arasında üçtərəfli sammitin keçirilməsini – o cümlədən videokonfrans formatında – təklif edib.
Türkiyə mənbələrinin məlumatına görə, Vaşinqton bu təşəbbüsə müsbət yanaşıb.
Elçin Alıoğlu