ABŞ ələ keçirilən yeddi tankerdən biri olan M/T Sophia-nı ilk dəfə olaraq Venesuelaya qaytarıb.
Medianews.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ rəsmiləri anonimlik şərti ilə Venesuela hakimiyyətinə təhvil verilən gəminin Panama bayrağı altında üzən M/T Sophia supertankeri olduğunu müəyyən ediblər.
Tankerin niyə geri qaytarıldığını açıqlamayıblar.
Adı çəkilməyən ABŞ rəsmilərindən biri geri qaytarılan gəmidə neft olub-olmadığı sualına cavab verə bilməyib.
Medianews.az