Türkiyənin Çanaqqala bölgəsində yaşayan 55 yaşlı Devrim Güngör Turan anasının böyrək bağışı sayəsində yenidən sağlamlığına qovuşub.
Medianews.az xəbər verir ki, o, 20 ildir böyrək çatışmazlığından əziyyət çəkir.
Son bir ildə isə həftədə üç dəfə dializə girib.
Böyrək transplantasiyası üçün xəstəxanaya müraciət edən Turana anası Semiha Sema Seçkin donor olmağa qərar verib. Aparılan müayinələrdən sonra böyrək köçürülməsi əməliyyatı uğurla həyata keçirilib. Hazırda xəstənin göstəricilərinin normaya düşdüyü bildirilir.
Mərkəzin müdiri Prof. Dr. Cabir Alan bildirib ki, xəstənin dializ səbəbindən həyat keyfiyyəti xeyli aşağı idi və anası risklərə baxmayaraq oğlunun əzab çəkməsinə razı olmayıb. O, eyni zamanda ölkədə meyitdən orqan bağıçlamanın az olduğunu, minlərlə xəstənin böyrək transplantasiyası gözlədiyini vurğulayıb. Vətəndaşları donor olmağa çağırıb.
Ana Semiha Sema Seçkin isə məqsədinin oğlunu bir an əvvəl sağlam görmək olduğunu deyərək, orqan bağışlamanın insanlara həyat verdiyini qeyd edib. Sağlamlığına qovuşan Devrim Güngör Turan həkimlərə və anasına təşəkkür edib, özünü yenidən həyata qayıtmış kimi hiss etdiyini bildirib.
Medianews.az