“Azerenerji” ASC Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas enerji sistemini birləşdirmək məqsədilə Zəngəzur yüksək gərginlikli elektrik xəttinin tikintisinə başlayıb.
Araz çayı boyunca Cəbrayıldan Ağbəndə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubadın Ermənistanla sərhədinədək 105 km uzunluğunda, ikidövrəli və 1000 MVt yükötürmə qabiliyyətinə malik 330 kVt yüksək gərginlikli ötürmə xəttinin inşaası nəzərdə tutulur.
İqtisadçı ekspert İlham Şaban Medianews.az-a açıqlamasında bunu Zəngəzur enerji dəhlizinə start verilməsi kimi dəyərləndirib.
O qeyd edib ki, bir qədər əvvəl Ermənistanın baş naziri Azərbaycanla enerji sisteminin birləşdiriləcəyi, gələcəkdə enerji mübadiləsinin aparılacağı məsələsini anons etmişdi.
Nailə Quliyeva,
Medianews.az