ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramını məhdudlaşdırmaq məqsədi ilə iki ölkə arasında aparılan danışıqların uğursuzluğundan sonra İrana qarşı böyük bir zərbə endirməyi düşünür.
Medianews.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumatına görə, Trampın hazırda nəzərdən keçirdiyi variantlar arasında ABŞ-nin İran liderlərinə və təhlükəsizlik rəsmilərinə qarşı hava hücumları, eləcə də İranın nüvə obyektlərinə və dövlət qurumlarına zərbələr endirməsi var.
Mənbələrə görə, Amerika lideri hələlik sonrakı hərəkətlər barədə yekun qərar verməyib, lakin hesab edir ki, regionda Amerika aviadaşıyıcı zərbə qrupunun peyda olması ilə ABŞ-ın hərbi imkanları genişlənib.
Medianews.az