ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya futbol çempionatı 1/16 final mərhələsindədir.
Medianews.az bildirir ki, geridə qalmış 73 oyunda 216 qol vurulub.
Bombardirlər siyahısına 6 qolla Lionel Messi (Argentina) başçılıq edir.
Kilian Mbappe və Usman Dembele (Fransa), Erlinq Holann (Norveç), Vinisius Junior (Braziliya) 4 qol vurub.
10 oyunçu 3 qolun, 23 oyunçu 2 qolun, 106 oyunçu 1 qolun müəllifidir.
Turnirdə 12 avtoqol qeydə alınıb.
İyunun 11-də start götürmüş çempionatda 48 komanda 12 qrupda yarışıb, ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alıb.
1/16 final mərhələsi iyulun 4-də bitir. 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.
Əvvəlki 22 dünya çempionatında Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 dəfə qızıl medallara sahib çıxıb.
Toğrul Əli,
Medianews.az