Medianews.az
110 yaşlı qadın uzunömürlülüyün<span style=color:red>  sirrini açıqladı
155 baxış

110 yaşlı qadın uzunömürlülüyün  sirrini açıqladı

Avstriyanın ən qocaman sakinlərindən biri 110 yaşını qeyd edib və uzunömürlülüyünün qəribə sirrini açıb. Medianews.az xəbər verir ki, Emma Wenda növbəti ad gününü Vyanadakı qocalar evində qeyd edib. Qadın 1915-ci ildə anadan olub, İkinci Dünya Müharibəsindən əvvəl aşpaz kimi təhsil alıb və bir neçə il xidmət sənayesində çalışıb. 1940-cı ildə tramvay konduktoru olub və 1970-ci ildə təqaüdə çıxana qədər bu vəzifədə çalışıb. Onun beş bacısı və qardaşı var idi. O, 1969-cu ildə vəfat edən Yozef Venda ilə ailə həyatı qurub. Yaşına və zəif görmə qabiliyyətinə baxmayaraq, avstriyalı aktiv həyat tərzi keçirir. Xüsusilə audiokitablara qulaq asmağı çox sevir. Venda uzunömürlülüyünün səbəbinin gənclik illərində çəkdiyi çətinliklər olduğunu bildirib. "Müharibə zamanı biz çox az yedik və həyat çətin və sevincsiz idi. Bu, bədənimi sərtləşdirdi", - deyə o bildirib. Qadının səhhəti yaxınlarını və dostlarını təəccübləndirir. 102-də müvəffəqiyyətlə omba dəyişdirilməsi və 103-də diş implantasiyası əməliyyatı keçirib. Vendanın qardaşı qızı deyib ki, o, hər zaman çox maraqlanan olub və indi də bu xarakter xüsusiyyətini qoruyub saxlayır. Qadını 110 illik yubileyi münasibətilə təbrik etməyə təkcə dostları və qohumları deyil, Vyana meri Maykl Lüdviq də gəlib və ona böyük tort hədiyyə edib. Medianews.az

Bizə qoşulun