Medianews.az
“Növbəti ballistik raketlər Kiyevə tuşlanacaq. Siyasi və hərbi qərar verən mərkəzlər...” – <span style=color:red>Ekspertdən qorxulu proqnoz
149 baxış

“Növbəti ballistik raketlər Kiyevə tuşlanacaq. Siyasi və hərbi qərar verən mərkəzlər...” – Ekspertdən qorxulu proqnoz

“ABŞ Prezidenti Donald Tramp Ukrayna məsələsi ilə bağlı Moskva ilə danışıqlarda irəliləyiş olduğunu qeyd etdikdən sonra Rusiya Prezidenti Vladimir Putin Sumıya mülki insanlara qarşı ballistik raketlərlə hücum edərək, kütləvi qırğın törətdi. Donald Trampın bu hücuma necə cavab verəcəyi maraqlıdır”. Politoloq  Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib. O qeyd edib ki, artıq Böyük Britaniyanın Baş naziri Rusiyanı dərhal atəşkəsə çağırıb: “Ümumiyyətlə, Ukrayna məsələsində Rusiya birtərəfli şəkildə qəti güzəştə getməyəcək. Ukrayna Rusiyanın fövqəldövlət olması və Qərb blokunun parçalanması üçün bir fürsətdir. Tramp Putinə bu fürsəti verəcəksə, Vaşinqton daha dünya lideri olmayacaq. Avropa ölkələrinin Sumıya edilən ballistik raket zərbələrinə münasibəti yalnız boş bəyanatlarla bitəcəksə, onda növbəti kütləvi ballistik raket hücumları Kiyevə tuşlanacaq. Xüsusilə Kiyevin siyasi və hərbi qərar verən mərkəzləri yeni hücuma məruz qalacaq”. M.Əsədullazadənin fikrincə, Putin Sumıya ballistik raketlərlə hücum etməklə atəşkəsə getməyəcəyi mesajını verib. Xatırladaq ki, Rusiya Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə aprelin 13-də ballistik raketlərlə zərbələr endirib. 34 nəfər həlak olub, 117 nəfər yaralanıb. Ölənlərdən ikisi uşaqdır. Yaralılar arasında da uşaqlar var. Toğrul Əli,  Medianews.az

Bizə qoşulun