11.04.2025, 08:54
86 baxış
Azad
Tovuzda şagirdlərin zəhərlənməsi: Təcili yardım şöbəsinin baş həkimi danışdı
Aprelin 11-i Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində zəhərlənmə hadisəsi baş verib.
Məsələ ilə bağlı Medianews.az-a danışan Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin baş həkimi İmamaverdi Qənbərov deyib ki, orta məktəbin beş şagirdi dəm qazından zəhərlənib.
Hadisəyə dizel yanacağı (“solyarka”) ilə işləyən qızdırıcı səbəb olub. İmamaverdi Qənbərovun sözlərinə görə, məktəbdən çağırış daxil olan kimi təcili yardım briqadası hadisə yerinə yollanıb. Şagirdlər təxliyə edilərək Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Onların vəziyyəti orta qiymətləndirilir.
İmamaverdi Qənbərov şagirdlərin 2011-ci il təvəllüdlü olduğunu söyləyib.
Nailə Qasımova,
Medianews.az
Paylaş: